tərəfdaşlar

«Odlar Yurdu Sığorta brokeri»

— müştərilərin sığorta ehtiyaclarının ödənilməsi və rahatlıqlarının ən yüksək səviyyədə təmin olunması məqsədilə sığortalıların hüquqlarının müdafiəsinə zəmanət verərkən, onların maraq və mənafelərini qoruyan və onların adından fəaliyyət göstərən sığorta sahəsində peşəkar ekspertdir.

Bizim şirkət müştərilərə yüksək standartlara uyğun olaraq xidmət göstərir. Biz həmişə müştərinin fərdi xüsusiyyətlərini və onun xüsusi tələblərini nəzərə alırıq.

"Odlar Yurdu Sığorta Brokeri" şirkətinin mütəxəssisləri - sığorta polisinizin qüvvədə olduğu müddət ərzində Sizin etibarlı köməkçi və məsləhətçilərinizdir. Sığorta hadisəsi baş verdikdə, mütəxəssislərimiz sığorta şirkəti ilə əlaqə prosedurlarını izah edərək, sığorta ödənişləri ilə bağlı bütün suallarınızın həll olunmasında Sizə köməklik göstərəcəklər.

Komandamız

Fatimə Hüseynova

Direktor

Elman Mustafayev

İcraçı direktor