Suallar və cavablar
  • Sığorta nədir?

    Sığorta - risklərin ötürülməsi və bölüşdürülməsi mexanizmidir. Beləliklə, sığorta zərər çəkmiş şəxslərə əvvəlki maliyyə vəziyyətlərini bərpa etməyə kömək edir.

  • Sığorta müqaviləsi nədir?

    Sığorta müqaviləsi - sığortalı ilə sığortaçı arasında sazişdir. Bu müqaviləyə görə sığortaçı sığorta hadisəsi zamanı sığortalıya sığorta ödənişi verməyi, sığortalı isə müəyyənləşdirilmiş müddətlərdə sığorta haqqını ödəməyi öhdəsinə götürür.

  • Sığorta haqqı nədir?

    Sığorta haqqı - sığorta müqaviləsində nəzərdə tutulan qaydada Sizin sığorta şirkətinə ödədiyiniz pul məbləğidir.

  • Franşıza nədir və sığorta haqqına necə təsir edir?

    Franşıza - sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Siz sığortaçıya müraciət etmədən özünüz həll edə biləcəyiniz kiçik zərərlə tez-tez qarşılaşırsınız. Belə hallar üçün sığorta müqaviləsində franşıza nəzərdə tutulmuşdur. Sığortaçı franşıza məbləğini çıxmaqla sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini ödəyir.

  • Avtomobil sığortası hansı riskləri əhatə edir?

    Avtomobili sığortalayarkən siz aşağıda göstərilən sığorta əhatəsindən hər hansı birini və ya üçünü də seçə bilərsiniz:
    1. Avtomobilin sığortası - avtomobilinizə dəymiş zərərin (yol nəqliyyat hadisəsi, yanğın , partlayış, üçüncü şəxslərin qanunsuz əməlləri, oğurluq və s. hallarda) ödənilməsidir .
    2. Avtomobilinizdə olan sərnişinlərin sağlamlığına və sizin sağlamlığınıza dəymiş zərərin ödənilməsidir.
    3. Mülki məsuliyyətin sığortası - sizin günahınız ucbatından üçüncü şəxslərə dəymiş zərərin ödənilməsidir.

  • Sığorta zamanı avtomobilin dəyəri necə qiymətləndirilir?

    Sığorta zamanı əsas kimi avtomobilinizin bazar dəyəri götürülür.

  • Etibarnamə əsasında idarə etdiyim avtomobili sığortalaya bilərəmmi?

    Bəli, siz etibarnamə əsasında idarə etdiyiniz avtomobili sığortalaya bilərsiniz.

  • Nəqliyyat vasitəsinin "tam məhv olunması" nə deməkdir?

    Tam məhv olması - avtomobilin təmirinə çəkiləcək xərclərin onun dəyərinin 70%-ni keçəcəyi vəziyyətdə olduğu haldır (bəzi müqavilələrdə 75% rəqəmi göstərilir). Bu halda müştəriyə ümumi sığorta məbləği ödənilir (sığorta polisinin şərtlərinə uyğun olaraq müvafiq tutulmalar, natamam sığorta və s. çıxmaqla.)

  • Avtomobillərin könüllü və icbari sığortası üzrə polisləri hansı müddətə sığortalamaq olar?

    Avtomobillərin icbari sığortası 1 il müddətinə sığortalanır. Avtomobillərin könüllü sığortası 1 il müddətindən sığortalanır.

  • Nəyi sığorta etmək olar?

    Əmlak sığortası fərdi daşınan və daşınmaz əmlakın sığortalanmasını nəzərdə tutur. Daşınmaz əmlak - mənzil, apartament, bağ evi, həyət evdir . Daha dəqiq desək, tikililərin konstruktiv elementləridir (divarları, arakəsmələri, özülü, çatı və s.), daxili bəzəyi və mühəndis qurğusu. Daşınan əmlak /şəxsi əmlak - daşınmaz əmlakın içində olanlardı. Bunlara məişət texnikası, mebel, paltar, təsərrüfat və idman avadanlığı və sığorta qaydalarında əks olunan istisnalar çıxmaq şərti ilə digər daşınan əmlakdır. Siz evinizi /bağ evinizi sığortaladıqda yalnız evi deyil , həm də həmin həyətdə yerləşən digər tikililəri - saray, yay mətbəxi , çardağı, hasarı, mənzərə qurğularını və s. də sığortalaya bilərsiniz.

  • Əmlakınızı nədən sığortalaya bilərsiniz ?

    Biz fərdi daşınan və daşınmaz əmlakı ən geniş yayılmış risklərdən: yanğın, partlayış, ildırım çaxması, su basması, üçüncü şəxslərin qanunsuz hərəkətləri, təbii fəlakət və mexaniki zədələnmədən sığortalayırıq. Standart risklər və sığorta əhatəsinə əlavə olaraq, biz sığorta proqramını seçərkən müştərilərimizə əlavə seçim paketi də təklif edirik. Əlavə olaraq, əmlakınızı aşağıdakı risklərdən müdafiə etmək olar : şəbəkələrin nasazlığı, şüşələrin sınması, su basması vəziyyətinə dair geniş bir siyahı, habelə şəxsi vətəndaş məsuliyyətinin qonşular qarşısında sığortalanması, həmin mülkdə yaşayan şəxslərin həyat və sağlamlığını, icarə haqqı itdikdə və ya müvəqqəti olaraq yaşayış yeri olmamağı ilə bağlı qabaqcadan nəzərdə tutulmayan xərclər.

  • Polisdən imtina etdikdə nə baş verə bilər?

    Polis qüvvəyə minənə qədər siz ondan imtina etmək qərarına gəlsəniz, biz sığorta haqqını tam olaraq qaytaracağıq. Polisin qüvvədə olduğu müddətdə aylıq ödənilmiş polisdən imtina etsəniz, o zaman polisiniz ödənilmiş dövrün sonuna qədər qüvvədə olacaqdır, biz isə sadəcə olaraq onun uzadılmasını dayandıracağıq. Sizin polisiniz bir illikdirsə - sığorta şirkəti yerdə qalan müddət üçün ödənilmiş sığorta haqqını sizə qaytaracaqdır.

  • Əgər mən sığortalanmaq fikrindən daşınsam, nə etmək olar?

    Siz qərarınız haqqında istənilən vaxt *0707 nömrəsinə zəng etməklə və ya istənilən ASAN Xidmət Mərkəzlərindən birində əməkdaşımıza yaxınlaşmaqla bildirə bilərsiniz.

  • Sığorta olunan şəxs vəfat etdikdə sığorta ödənişi kimə veriləcəkdir?

    Sığorta müqaviləsində hər hansı bir digər hal nəzərdə tutulmadıqda sığorta ödənişini sığorta olunan şəxsin varisləri alacaqlar.

  • Mənzil və ya evin sığorta polisi üzrə faydalanan şəxs kim ola bilər?

    Qanunvericiliyə əsasən əmlakın sığorta müqaviləsi üzrə faydalanan şəxs qanun, digər hüquqi akt və ya müqavilə əsasında həmin əmlakın qorunmasında marağı olan şəxsdir. Praktikada bu o deməkdir ki, faydalanan şəxs :
    1. mənzilin mülkiyyətçisi
    2. Kommersiya və ya sosial muzd müqaviləsi əsasında çıxış edən icarədar.

  • Mənzil ipotekada olduqda və ya ipoteka sığortası proqramı üzrə sığortalandığı halda əmlakı və mülki sığortalamaq lazımdırmı?

    Bankların tələbi ilə ipoteka sığortası mənzilin yalnız konstruksiya elementlərinin, yəni mənzilin tam məhv olmadan və ya onun aparıcı konstruksiyaların dağılmadan sığortalanmasını nəzərdə tutur. Bununla belə, sizin mənzilinizin təmiri və mənzilinizdəki bütün əmlak müdafiə olunmur. Əmlakın könüllü sığortası proqramı üzrə siz mənzilinizin təmirini və daşınan əmlakı, habelə qonşular qarşısında məsuliyyətinizi sığortalaya bilərsiniz.

  • Sığorta olunan şəxs vəfat etdikdə sığorta ödənişi kimə veriləcəkdir?

    Sığorta müqaviləsində hər hansı bir digər hal nəzərdə tutulmadıqda sığorta ödənişini sığorta olunan şəxsin varisləri alacaqlar.

  • Sağlamlığın sığortası üzrə sığorta hadisəsi baş verdikdə nə etməli ?

    Sağlamlığa zərər dəyməsi ilə bağlı sığorta hadisəsi baş verdikdə ilk növbədə həkimə müraciət edin və onun bütün tövsiyələrinə əməl edin.
    Hadisə baş verdiyi təqdirdə hadisə baş verdiyi gündən etibarən 30 gün ərzində bu haqda sığorta şirkətinə və ya *0707 nömrəsinə zəng etməklə bizə məlumat verin.

  • Sığorta müqaviləsi bağlanarkən əlilliyi olan şəxs müqavilə bağlandıqdan sonra daha ağır əlillik aldıqda , həmin müştəriyə sığorta ödənişi veriləcəkmi?

    Bəli, əgər sığorta hadisəsi zamanı müştəri daha ağır əlillik alarsa.

  • Mən ərə getsəm/evlənsəm/boşansam polisə dəyişikliklər etmək olarmı ?

    Əlbəttə, siz istənilən vaxt bizə *0707 nömrəsinə zəng etməklə və ya bizim saytda olan şəxsi kabinetinizə daxil olmaqla dəyişikliklər edə bilərsiniz.

  • Polisdən imtina etdikdə nə baş verə bilər?

    Polis qüvvəyə minənə qədər siz ondan imtina etmək qərarına gəlsəniz, biz sığorta haqqını tam olaraq qaytaracağıq. Polisin qüvvədə olduğu müddətdə aylıq ödənilmiş polisdən imtina etsəniz, o zaman polisiniz ödənilmiş dövrün sonuna qədər qüvvədə olacaqdır, biz isə sadəcə olaraq onun uzadılmasını dayandıracağıq. Sizin polisiniz bir illikdirsə - sığorta şirkəti yerdə qalan müddət üçün ödənilmiş sığorta haqqını sizə qaytaracaqdır.

  • Əgər mən sığortalanmaq fikrindən daşınsam, nə etmək olar?

    Siz qərarınız haqqında istənilən vaxt *0707 nömrəsinə zəng etməklə və ya istənilən ASAN Xidmət Mərkəzlərindən birində əməkdaşımıza yaxınlaşmaqla bildirə bilərsiniz.

  • Sığorta olunan şəxs vəfat etdikdə sığorta ödənişi kimə veriləcəkdir?

    Sığorta müqaviləsində hər hansı bir digər hal nəzərdə tutulmadıqda sığorta ödənişini sığorta olunan şəxsin varisləri alacaqlar.

  • Səyahətim üçün hansı sığortanı seçim: bir səfər üçün polis və ya illik polis?

    Bu sizin nə qədər tez - tez xaricə səfər etməyinizdən asılıdır. Siz xaricə ildə bir neçə dəfə səfər edirsinizsə onda illik polis almaq daha sərfəlidir. Bu halda siz hər dəfə səfərdən əvvəl sığorta rəsmiləşdirməli olmayacaqsınız. İllik səyahət polisinin müddəti 90 gündür və hər bir səfər zamanı keçiriləcək günlərin sayına dair heç bir məhdudiyyət qoyulmur.

  • Sığorta əhatəsinə hansı idman növləri daxil edilə bilər?

    Travel sığorta polisləri həvəskar idmanla və ya fəal istirahətlə məşğul olan zaman sığorta müdafiəsi imkanını nəzərdə tutur. Həvəskar idman və fəal istirahət dedikdə dağ xizəyi, snoubord, dayvinq (30 metr dərinliyədək), sualtı ov və digər fiziki fəaliyyətlər başa düşülür. Daha ətraflı məlumatın alınması üçün, zəhmət olmasa Sığorta Qaydalarına baxın. Siz səyahət zamanı idmanla məşğul olmağı planlaşdırırsınızsa - bu təminatları öz sığorta polisinizə daxil etməyi unutmayın.

  • Şengen ölkələrinə vizanın alınması üçün Travel polisi uyğundurmu?

    Travel polisi Şengen razılaşması ölkələrinə vizanın alınması üçün bütün zəruri tələblərə uyğundur. Bəzi ölkələr sığorta polisi ilə bağlı xüsusi tələblər irəli sürür. Bütün bunlar bizim onlayn-qeydiyyat sistemində nəzərə alınır.

  • Xaricə səfər zamanı “mülki məsuliyyətin” sığortası nəyi nəzərdə tutur?

    Elektron sığorta polisi adi kağız polisinin malik olduğu güvvəyə malikdir. Bu o deməkdir ki, elektron sığorta polisi viza alınması üçün də yarayır. Viza alınması üçün toplanan sənədlər paketinə polisi əlavə etmək üçün həmin polisi printerdə çap etməyi və müvafiq yeri imzalamağı tövsiyə edirik.

  • Kağız polislə elektron polisin fərqi nədədir?

    Travel polisi Şengen razılaşması ölkələrinə vizanın alınması üçün bütün zəruri tələblərə uyğundur. Bəzi ölkələr sığorta polisi ilə bağlı xüsusi tələblər irəli sürür. Bütün bunlar bizim onlayn-qeydiyyat sistemində nəzərə alınır.

  • Fövqəladə hallar zamanı sığorta şirkəti ilə sərbəst əlaqə saxlamaq imkanı olmadıqda nə etməli?

    Məhz belə hallar üçün elektron sığorta polisini çap etməyi tövsiyə edirik. Elektron sığorta polisi bəzi ölkələrdə sərhəd nəzarətini keçən zaman, habelə təcili köməyə ehtiyac duyulduqda lazım ola bilər: polisdə həkimlər üçün məlumat yerləşdirilib. Həmin məlumatda müştərinin öz sığorta şirkəti ilə əlaqə saxlamaq imkanı olmadıqda, hansı hərəkətlərdən istifadə etmə qaydaları izah olunur.

Sualınıza cavab tapa bilmədiniz ? Həmin sualı bizə verin.